SON XƏBƏRLƏR

Təbrizdə bir gənc Rəməzan günündə siqarət çəkdiyi üçün saxlanılıb – VİDEO

2021.10.20, 07:36
Təbrizdə bir gənc Rəməzan günündə siqarət çəkdiyi üçün saxlanılıb – VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizdə bir gənc soydaşımız Rəməzan günündə siqaret çəkdiyi üçün polis tərəfindən saxlanılıb.

 

Polis azərbaycanlı gəncə hücum edərək onunla təhqiramiz şəkildə rəftar edib. Soydaşımızın iş yerində siqaret çəkdiyi üçün saxlandığı bildirilir.

 

İlk öncə müqavimət göstərən gənc sonra polis tərəfindən döyülərək saxlanılıb.

 

https://www.youtube.com/watch?time_continue=8&v=mM08JyLmJPI

 

İran məhkəmə sisteminin qanunlarına görə, Rəməzan ayında ictimai məkanlarda yemək yeyib və ya siqaret çəkmək qadağandır. Bununla bağlı saxlanılanlar əsasən şallaq, həbs və ya cərimə cəzası ilə üzləşir, onların məhkəmə hökmünə etiraz etmək hüququ da yoxdur, hökm çıxarıldıqdan sonra icra olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar