SON XƏBƏRLƏR

Təbrizdə daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
Təbrizdə daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1  nəfər edam edilib. Hadisə üç gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, Təbrizin mərkəzi zindanının 9-cu korpusunda saxlanılan və bir neçə gün əvvəl təkadamlıq kameraya köçürülən sərab şəhər sakini, Həsən Fəxri adlı müttəhim, noyabrın 27-si sübh saatlarında həbsxananın həyətində dara çəkilib. Bildirilir ki, müttəhim son illər barəsində çıxarılmış ölüm hökmünün icrası üçün üç dəfə edam meydançasına aparılsa da, naməlum səbəblərə görə, ölüm hökmün icrası təxirə salınmışdı.

 

Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar