SON XƏBƏRLƏR

Təbrizdə damda yaşamağa məcbur qalan evsiz insanların sayı çoxalıb- FOTO

2021.10.20, 07:36
Təbrizdə damda yaşamağa məcbur qalan evsiz insanların sayı çoxalıb- FOTO

Gunaz.tv

GünAz TV: İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində ilkinlərin şəhəri kimi tarixdə iz qoymuş Təbriz indi “damda yaşayanların şəhəri”nə çevrilib.

 

Ağır iqtisadi vəziyyət və kasıblıq səbəbindən son dövrlərdə Təbrizdə damda yaşamağa məcbur qalmış evsiz azərbaycan türklərinin sayı çoxalıb.

 

“Fars” xəbər agentliyində yayılan xəbərdə bildirilir ki, son dövrlərdə evlərin və icarə haqlarının kəskin surətdə atmasına görə, Təbrizdə binaların damını alıb yaşayan insanların sayı çoxalıb və bu pis təcrübə tezliklə digər şəhərlərə də yayıla bilər.

 

Sözügedən problemin ən çox yayıldığı məhəllələr sırasında Təbrizin Eynalı dağının ətək hissələrində yerləşən Behişti, Yusifabad, Seylab, Əhmədabad, Bağmeşə və s. məhəllələri misal göstərmək olar.

 

“Mən daha öncələr dam satmaq, damda yaşamaq kimi ifadələr eşitməmişdən. Lakin son dövrlər insanların buna vadar olduğunun şahidiyəm. Hazırda işlədiyim məhəllədə insanların kasıblıq səbəbindən damları alaraq orada yaşamalarını görürük”, - deyə məsələ ilə əlaqəli Behişti məhəlləsində yerləşən əmlak agentliklərindən birinin rəhbəri“Fars” agentliyi ilə müsahibəsi zamanı bildirib.

 

O, həmçinin qeyd edib ki, daha insanlar üçün evin sənədi və ya möhkəmliyinin heç bir əhəmiyyəti yoxdur, onlar sadəcə yaşamaq üçün bir yer axtarırlar. Ona görə də, razılaşma əsasında damları alıb, orada məskunlaşırlar.

 

Məsələ ilə əlaqəli “Fars” agentliyinə danışan Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma İdarəsinin rəhbəri bildirib ki, rəhbərlik etdiyi bölgələrdə yaşayan əhalinin 30%-nin heç bir sənədi yoxdur. O, buna misal olaraq Eynali dağı ətrafındakı məhəllələrdə damlarda yaşayanları göstərib. Rəsmi qeyd edib ki, bu, şəhərə qəmgin mənzərə bəxş edib və adi bir zəlzələ baş versə, faciəvi sonluğun şahidi olacağıq. O, bu problemin bərbad sosial, iqtisadi və mədəni sistemdən qaynaqlandığını əlavə edib.

 

 

“Fars” agentliyinin xəbərinin sonunda qeyd edilir ki, damda yaşamaq təcrübəsi insani dəyərlərlə təzad təşkil etməklə yanaşı, təhlükəli olmasına görə də insanların həyatını təhlükə qarşısında qoyur.

 

 Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar