SON XƏBƏRLƏR

Təbrizdə “Dirəniş eposu” kitabının təqdimat mərasimi ləğv edilib

2021.10.20, 07:36
Təbrizdə “Dirəniş eposu” kitabının təqdimat mərasimi ləğv edilib

Gunaz.tv

GünAz TV: Təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Təbriz şəhərində “Dirəniş eposu” kitabının təqdimat mərasimi ləğv olunub.

 

Səccad Zeynalinin müəllifi olduğu kitab Xoy şəhəri əhalisinin “Ciloluq faciəsi” zamanı erməni cinayətkarlarının hücumuna qarşı qəhrəmancasına müqavimət göstərməsindən bəhs edir.

 

“Dirəniş eposu” kitabının təqdimat mərasimi yanvarın 18-də Təbriz Kitab Bağı Mədəniyyət Evində keçirilməli idi, lakin hökumət orqanları mərasimin keçirilməsinə icazə verməyib.

 

Bu barədə Seccad Zeynalı Twitter səhifəsində bir post paylaşaraq məlumat verib. “Bütün cəhdlərimə baxmayaraq indiki vəziyyətdə açıqlaması mənim üçün mümkün olmayan səbəblərə görə “Dirəniş eposu” kitabının təqdimat mərasimi ləğv olundu”- deyə kitabın müəllifi qeyd edib.

 

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, “Ciloluq faciəsi” kimi tarixə düşüb.

 

İran rejimi bütün imkanlardan istifadə edərək “Ciloluq faciəsi”ni gizlətməyə və bu barədə heç bir əsərin nəşr olunmamasına çalışır.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar