SON XƏBƏRLƏR

Təbrizdə divarlara məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə divarlara məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Koronavirus infeksiyası ilə bağlı həbsdə olan güney azərbaycanlı milli-mədəni fəallar və xüsusi təhlükə törətməyən məhbusların azadlığa buraxılmasını tələb edən soydaşlarımızın sayı artıb.

 

Azərbaycanlı fəallar bununla bağlı aprelin 21-də Təbrizin bir neçə məhəlləsində divarlara qrafit texnikası ilə ingilis dilində şüarlar yazıblar.

 

Onlar bu vasitə ilə dünya ictimaiyyətinin diqqətini məhbusların üzləşdiyi koronavirus təhlükəsinə çəkmək istəyib.

 

Məhbusların həyatının təhlükədə olduğuna təkid edən şüarlarda bildirilir:

-        Məhbuslar həbsxanalarda dəfn olunub. #koronavirus

-        Bir-birinə ən çox yaxında olan şəxslər məhbuslardır. #koronavirus

-        Məhbuslar da bu problemdən siğortalanmayıb. #koronavirus

 

Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadə koronavirus təhlükəsinə baxmayaraq bu günədək həbsdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəallardandır. İran rejimi  Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq onların məzuniyyətə çıxmasına imkan vermir.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar