SON XƏBƏRLƏR

Təbrizdə etiraz aksiyası keçirən səyyar satıcılar təhlükəsizlik orqanlarına çağırılaraq təhdid edilib

2021.10.20, 07:36
Təbrizdə etiraz aksiyası keçirən səyyar satıcılar təhlükəsizlik orqanlarına çağırılaraq təhdid edilib

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Təbrizdə etiraz aksiyası keçirən bir çox səyyar satıcı təhlükəsizlik orqanlarına çağırılıb.

 

Məlumata görə, saatlarla sorğu-suala tutulan satıcılar hədələnib, onlara bir daha aksiya keçirməsinlər deyə xəbərdarlıq edilib.

 

Təhlükəsizlik orqanları səyyar satıcıların iyulun 8-də keçirdiyi etiraz aksiyasının təkrar olunmasından ehtiyat edərək önləyici tədbir almağa çalışıblar.

 

Ötən həftələrdə Təbriz bazarında səyyar satıcılığa qoyulan qadağa dəfələrlə etiraz yığıncaqlarının keçirilməsinə səbəb olub. Bu yolla ailələrinin keçimini təmin edən satıcılar qadağaya etiraz edərək səlahiyyətli orqanlardan problemin aradan qaldırılmasını tələb ediblər. Lakin dinc keçirilən yığıncaqlar təhlükəsizlik qüvvələri və bələdiyyə işçilərinin kobud müdaxiləsinə məruz qalıb, etirazçılardan bir neçəsi saxlanılıb.

 

Qeyd edək ki, Güney Azərbaycanda səyyar satıcılıq kimi zəif peşələrə üz tutanların sayı getdikcə artır. Buna səbəb dövlət büdcəsinin əyalətlər arasında ədalətsiz şəkildə paylanılması, bölgəyə sərmayə yatırılmaması, istehsal və sənaye müəssisələrinin maliyyə çatışmazlığından dolayı bağlanılması və s. kimi amillərin nəticəsində ortaya çıxan işsizlik problemidir. Bəzi soydaşlarımız isə işsizlikdən doğma şəhər və kəndlərini tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, onların bir çoxu getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar