SON XƏBƏRLƏR

Təbrizdə gənc qadının üzünə kimyəvi turşu atılıb

2021.10.20, 07:36
Təbrizdə gənc qadının üzünə kimyəvi turşu atılıb

Gunaz.tv

GünAz TV: Təbrizin Höccəti məntəqəsində bir satıcı gənc qadın naməlum şəxsin hücumuna məruz qalaraq üzünə kimyəvi turşu atılıb.

 

Bu barədə “Anac” xəbər agentliyi yerli mənbələrə istinadən xəbər yayıb.

 

Məlumatda bildirilir ki, hücuma məruz qalan qadın qızı ilə birlikdə olub, lakin bu xəbər rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

 

Gənc qadının baş verən hadisədən nə qədər zərər gördüyü də hələlik məlum deyil.

 

Başqa bir xəbərə görə, Şirazın Nəsirzadə xiyabanında yerləşən bir gözəllik salonu, qadın geyimində olan bir kişinin hücumuna məruz qalıb. Salondakı qadınları kimyəvi turşu ilə təhdid edən kişi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, İranda son illərdə intiqam almaq üçün kimyəvi turşudan istifadə etmək adi bir metoda çevrilib. Bu həm də şəxsi münaqişə zəminində baş verən hadisələrlə məhdudlaşmır. Rejimin radikal tərəfdarları vaxtaşırı sözdə hicaba tam riayət etməyən qadınlara qarşı belə bir üsuldan istifadə edirlər. Hökumət rəsmiləri və imam cümələrin hicabsızlıqla bağlı etdikləri xəbərdarlıqdan sonra belə hallara daha çox rast gəlinir.

 

Ötən illərdə qadınlara kimyəvi turşu ilə edilən hücumlara qarşı dəfələrlə kütləvi etiraz aksiyaları keçirilib.

 

İran parlamentinin qarşısında etiraz aksiyası

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar