SON XƏBƏRLƏR

Təbrizdə gənc soydaşımız faciəvi şəkildə intihar edib

2021.10.20, 07:36
Təbrizdə gənc soydaşımız faciəvi şəkildə intihar edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində bir gənc soydaşımız özünü “Fəhmidə” körpüsündən ataraq intihar edib.

 

Hadisə oktyabrın 18-i axşam saatlarında Pasdaran avtobanında baş verib.

 

Onun körpünün üstündən avtobana düşdükdən sonra hərəkətdə olan bir neçə avtomobilin altında qalaraq faciəvi şəkildə öldüyü bildirilir.

 

Hələlik intihar edən soydaşımızın kimliyi barədə heç bir məlumat yayılmayıb.

 

Son vaxtlar gənclər arasında intihar faktlarının artması güney azərbaycanlı ailələrin nigaranlığına səbəb olub.

 

Ekspertlərin fikrinə görə, cəmiyyətdə yaranan ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər Güney Azərbaycan və İrandakı intiharların əsas səbəbləridir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar