SON XƏBƏRLƏR

Təbrizdə güney azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb edən posterlər şəhəri bürüyüb

2021.10.20, 07:36
Təbrizdə güney azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb edən posterlər şəhəri bürüyüb

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Təbrizdə güney azərbaycanlı milli-mədəni fəallar tərəfindən divarlara yapışdırılan posterlər artıq şəhəri bürüyüb.

 

Posterlərdə İran zindanlarında həbs edilən və ya təhlükəsizlik və məhkəmə orqanları tərəfindən istintaqa cəlb olunan fəalların qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur.

 

Son məlumata görə, fəallar şənbə günü axşam saatları da şəhərin müxtəlif məhəllələrində divarlara posterlər yapışdırıblar.


Posterlərdə hazırda saxta ittihamlarla məhkumluq həyatı yaşamağa məcbur olan bir neçə fəalın şəkili ilə yanaşı türk dilində “niyə azadlığa çalışanlar həbs edilir” cümləsi də əks olunub.


İran zindanları və ya müvəqqəti saxlanma təcridxanalarında saxlanılan güney azərbaycanlı fəallardan 32-nin kimliyi dəqiq olaraq müəyyən edilib. Bu barədə aşağıdakı xəbəri oxuya bilərsiniz:

İran həbsxanalarında saxlanılan güney azərbaycanlı fəalların siyahısı

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar