Təbrizdə karantin qaydaları sərtləşdirildi-Merdən həyəcanlı AÇIQLAMA

2021-05-01 08:42

​​​​​​​Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxma kəskin artıb. Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxma kəskin artıb. 

Gunaz.tv Quote | Gunaz article

Bununla əlaqədar olaraq karantin tədbirləri gücləndirilib. Bu barədə Təbriz şəhərinin meri Bəhruz Məhdəvi açıqlama verib. 

Təbrizdə COVID-19 pamdenmiyası ilə əlaqədar epidemioloji vəziyyətin qırmızı həddə olduğunu vurğulayan mer bildirib ki, yoluxma sayı artdığı üçün şəhərdə karantin tədbirləri daha bir həftə daha uzadılıb.

Mer əhalinin karatin qaydalarına lazımı şəkildə əməl etmədiyin bildirib. Qeyd edib ki, Təbrizdə virusun yayılmasının əsas səbəbi tibbi qoruyucu maskalardan az istifadə olunması və sosial məsafə qaydalarına əməl olunmamasıdır.

Ancaq ictimai fəallar və müstəqil ekspertlər İran rəsmilərinin açıqlamalarını təkzib edir. Onların fikrincə, virusun yayılmasının əsas səbəbi hakimiyyət orqanlarının epidemioloji duruma nəzarət edə bilməməsi və  pandemiyaya qarşı lazımı tədbirlərin görülməməsidir.

Qeyd edək ki, İranda inflyasiyanın artması, ərzaq məhsullarının bahlaşması və yerli valyutanın zəifləməsi əhalinin dolanışığını pisləşdirib. Digər tərəfdən isə karantin tədbirləri əlavə iqtisadi çətinliklər yaradıb.

Artan inflyasiya ilə yanaşı yeni günəş ilinin başlanması ilə birlikdə son aylarda toyuq və digər ərzaqların qıtlığı və vətəndaşların saatlarla sıralarda gözləməsi yoluxumanın artmasına səbəb olub. 

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 71,351-ə çatıb. Şərqi Azərbaycan isə hazırda yoluxanların sayına görə dünyada 97-ci, ölüm sayına görə 59-cü yerdədir.

Bu günə qədər 83 milyon əhalisi olan İranda ümumilikdə 1 milyon 2 min 591 doza koronavirus peyvəndi tətbiq olunub. Hökümətin vaksinasiya kampaniyası bölgədəki digər ölkələrlə müqayisədə zəif aparılır.

Ayətullah Əli Xamneyi daha öncə Amerikanın "Pfizer-BioNTech" və Britaniyanın "AstraZeneca" şirkətlərinin hazırladığı vaksinlərin idxalını qadağan edib. Buna görə İran öz yerli peyvəndini istehsal etmək iddiasındadır və bununla yanaşı Rusiyadan peyvənd idxal edir.

Bu günə qədər İrana Rusyadan 720 min doza Sputnik-V peyvəndi idxal edilib.

C.E

 

Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21