SON XƏBƏRLƏR

Təbrizdə konsert keçirməyə icazə verilmir – güneyli müğənni Əli Pormehr / VİDEO

2021.10.20, 07:36
Təbrizdə konsert keçirməyə icazə verilmir – güneyli müğənni Əli Pormehr / VİDEO

Gunaz.tv

GünAz TV: Yanvarın 25-də Güney Azərbaycanın Culfa şəhərində konsert verən tanınmış istedadlı müğənni Əli Pormehr Təbrizdə idarələrə hakim kəsilən mafiyanın konsert keçirməyə icazə vermədiyini açıqlayıb.

 

Müğənni konsertdən əvvəl ona ünvanlanan sualın cavabında bildirib ki, Təbrizdə musiqi sahəsinə nəzarət edən rəsmi idari sistem mafiya kimi əməl edir.

 

“Mafiya Əli Pormehrin Təbrizdə konsert keçirməsinə imkan vermir. Lakin bu işin sonu deyil, icazə almaq üçün cəhd göstəririk”- deyə o bildirib.

 

Azərbaycanlı müğənni son günlərdə Tehranda Təbrizin  “Traxtur” futbol takımı ilə Tehranın “Perspolis” komandası arasında keçirilən görüşdə baş verən xoşagəlməz hadisələrə işarə edərək “Perspolis” tərəfdarlarının Azərbaycan türk millətinin ünvanına ağır söyüşlər səsləndirməsindən narahat olduğunu, onlara cavab olaraq “Tehran türkləri” mahnısını oxuduğunu deyib.

 

Qeyd edək ki, Əli Pormehr Azərbaycan türkcəsində ifa etdiyi mahnılarla çoxlarının rəğbətini qazanıb. Onun soyadı doğulduğu Muğan məntəqəsində yerləşən “Pəlməyər” kəndinin adından götürülüb. Bu kəndin adı farslaşdırma siyasətinin tətbiq edilməsi nəticəsində “Pormehr” sözü ilə dəyişdirilib.

 

Video:

https://www.youtube.com/watch?v=2YHcS0o_nyI

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar