SON XƏBƏRLƏR

Təbrizdə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2021.10.20, 07:36
Təbrizdə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində koronavirusa yoluxmuş ananın dünyaya gələn uşağında koronavirus testinin cavabı mənfi olub.

 

 

Məlumata görə, infeksiyaya yoluxan 28 yaşlı ana ciddi tənəffüs problemlərinə görə aprel ayının 20-də xəstəxanaya yerləşdirlib. Dünən həkimlər hamiləliyin 30-cü həftəsində uşağı dünyaya gətirməyə qərar verdilər.

 

 

Çəkisi 1.5 kiloqram olan körpə xəstəliyə yoluxmaması üçün anasından uzaq saxlanılır və ana südündən qidalanmır.

 

 

Məlumata görə, körpə sağlamdır və hazırda süd bankının yardımı ilə qidalanır.  

 

  

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar