SON XƏBƏRLƏR

Təbrizdə milli fəal Hüseyn Mirzəxani müvəqqəti azadlığa buraxıldı

2021.10.20, 07:36
Təbrizdə milli fəal Hüseyn Mirzəxani müvəqqəti azadlığa buraxıldı

Gunaz.tv
Təbrizdə milli fəal Hüseyn Mirzəxani müvəqqəti azadlığa buraxıldı DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın milli hərəkat fəalı Hüseyn Mirzəxani may hadisələrinin ikinci ildönümü ərəfəsində ETTELAAT məmurları tərəfindən həbs edilərək ETTELAAT-ın təcridxanasında ağır işgəncələrə məruz qalmış, bir müddət sonra Təbriz zindanına göndərilmişdir. Hüseyn Mirzəxaninin ailəsindən alınan məlumata əsasən ETTELAAT məmurları tərəfindən ağır işgəncələrə məruz qalan Hüseyn Mirzəxani həbsxanaya göndərilən zaman bədəninin çox yerlərində işgəncə izləri müşahidə olunmuşdur. Xatırladaq ki, Hüseyn Mirzəxani milli hərəkat fəalı olduğuna görə dəfələrlə ETTELAAT məmurları tərəfindəın həbs edilərək işgəncə və təzyiqlərə məruz qalmışdır. Dünən 9 iyun 2008-ci il tarixində Təbriz İnqilab məhkəməsində Hüseyn Mirzəxani girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. www.dak.az ------------------------------------------------------------------------- Daha bir neçə Rusiya şirkətinin saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunur Rusiyanın “Rosfoto” foto bankının saytında Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi kimi göstərilib. Dadivank monastrının məbədlərinin birinin fotosunun altında qeyd olunur ki, “Bu, Dağlıq Qarabağın tərkib hissəsi olduğu Ermənistan ərazisində ən qədim monastırdır” (http://www.rosfoto.ru/shop/photo/59076). Bundan başqa fotoşəkillərin çəkilişi, dərci və saxlanması ilə məşğul olan “STRİM” internet-layihəsi də Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edib. Saytda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən şəkillər yerləşdirilib. Şəkillərdən biri Qarabağ müharibəsində dağıdılmış binalardan birinin şəklidir (http://streamphoto.ru/users/Patker/230516/01a688cdf111cb527342809e0c0dff38). Şəkilaltı mətndə bildirilir ki, “bu bina Dağlıq Qarabağ Respublikasının paytaxtı Stepanakert şəhərinin mərkəzində yerləşir. Binanın bir hissəsi Azərbaycan aviasiyasının hücumları nəticəsində darmadağın edilib, amma binanın fasadı bərpa olunur”. Bundan başqa bayraq və vımpellərin istehsalı ilə məşğul olan Rusiyanın “Zolotaya korona” şirkətinin saytında da Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub - http://www.goldenkorona.ru/aksesuari.htm.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar