SON XƏBƏRLƏR

Təbrizdə Mirzə Əli Möcüz Şəbistərinin doğum günü qeyd olunub – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə Mirzə Əli Möcüz Şəbistərinin doğum günü qeyd olunub – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Bir qrup azərbaycanlı milli-mədəni fəal Təbrizdə bir araya gələrək Azərbaycanın görkəmli şairi Mirzə Əli Möcüz Şəbistərinin doğum günü münasibəti ilə mərasim keçiriblər.

 

Martın 29-da baş tutan mərasim bir növ fəalların Novruz bayramı münasibəti ilə bayramlaşması üçün də nəzərdə tutulub.

 

Mərasimdə mərhum şairin bir çox şeiri oxunub və Azərbaycanın milli rəqsləri nümayiş etdirilib.

 

“Azərbaycan Mədəniyyət Ocağı”nın təşəbbüsü ilə keçirilən mərasimdə Güney Azərbaycanın müxtəlif bölgələrindən gələn fəallar iştirak edib.

 

Mirzə Əli Hacı Ağa oğlu Möcüz Güney Azərbaycanın Şəbistər mahalında bir tacir ailəsində dünyaya göz açıb. O əsasən qadın hüquqları mövzusunda şeirlər yazıb və uzun müddət mübarizədən sonra Şəbistər qəsəbəsində birinci qız məktəbini təsis etməyə nail olub. Şair zorçuluq, ədalətsizlik və cahilliyə qarşı yazdığı şeirlərlə də məşhurdur.

 

M.Ə.Möcüz Şəbistəri 1934-cü ildə İranın Şahrud şəhərində vəfat etmişdir.

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar