SON XƏBƏRLƏR

Təbrizdə Novruz bayramı münasibəti ilə türk dilində yazılmış kitablar paylanılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə Novruz bayramı münasibəti ilə türk dilində yazılmış kitablar paylanılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində Novruz bayramı münasibəti ilə şəhər əhalisinə türk dilində kitablar paylanılıb.

 

Azərbaycanlı milli-mədəni fəallar kitabları hədiyyə edərkən ana dilinin əhəmiyəti və tədrisinin vacibliyi haqda izahlar veriblər.

 

Fəalların bu addımı şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb, sayı çox olmasına rəğmən ətfardakı insanların bir çoxuna kitab çatmayıb.

 

Kitabların paylanılmasında məqsəd ana dilində təhsil və bu dilin əhəmiyyətini vurğulamaq olub.

 

Bu istiqamətdə ötən günlərdə milli-mədəni fəallar sosial şəbəkələrdə görüntü və açıqlamalar yayaraq azərbaycanlılardan Novruz bayramında öz dost və tanışlarına türk dilində yazılmış kitablar hədiyyə etmələrini istəmişdilər.

 

Ana dilində təhsil almaq Güney Azərbaycan türklərinin əsas tələblərindən biridir. İran Konstitusiyasının 15-ci maddəsində isə fars dili ilə yanaşı digər yerli dillərin tədrisinə icazə verilir. Lakin islam inqilabından təxminən 40 il keçməsinə baxmayaraq  hələ də İranda 15-ci maddə icra olunmayıb.

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar