SON XƏBƏRLƏR

Təbrizdə polis “Qarabağ” sözünü divardan silib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə polis “Qarabağ” sözünü divardan silib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizdə divara latin əlifbasında yazılan “Qarabağ” sözü İran polisini qəzəbləndirib.

 

Ötən həftə təbrizli bir soydaşımız Ermənistan tərəfindən işğal olunmuş “Qarabağ”ın adını yaşadığı binanın divarına yazıb. Dağlıq Qarabağa dəstək məqsədi ilə yazılan söz yerli əhali tərəfindən yüksək qiymətləndirilsə də İran polisinin qəzəbinə tuş gəlib. Məlumata görə, polis qüvvələri iyunun 16-da həmin sözü divardan siliblər.

 

İranda təhlükəsizlik qüvvələri “Dağlıq Qarabağ” sözünə hər zaman həssaslıq göstərib. Ötən həftə Xosrovşahda Rəməzan kuboku yarışlarında iştirak etmək üçün “Qarabağ” adı ilə yaradılan komandaya, bu adla yarışlara qatılmasına icazə verilmədi.

 

Əslində İranda Azərbaycanın milli mənafeyinə xidmət edən bütün mədəni fəaliyyətlər qadağandır. Bu o halda baş verir ki, ermənilər hər il “24 aprel”də uydurma erməni soyqırımı bəhanəsi ilə Tehranda Türkiyə əleyhinə izdihamlı yığıncaqlar təşkil edir, türklərin əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar