SON XƏBƏRLƏR

Təbrizdə qadın aşıqlarının konserti ləğv olundu

2021.10.20, 07:36
Təbrizdə qadın aşıqlarının konserti ləğv olundu

Gunaz.tv

GünAz TV: Təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Təbrizdə qadın aşıqlarının konserti ləğv olunub.

 

Konsertin yanvarın 18-də “Rövşən” musiqi təlim mərkəzinin “ictimaat” salonunda  keçirilməsi planlaşdırılmışdır.

 

“İşıq” musiqi qrupunun konsertinin Əyyami-Fatimiyyə günləri ilə əlaqədar ləğv olunduğu bildirilib. Lakin islam cümhuriyyətinin təqdim etdiyi təqvimdə Əyyami-Fatimiyyə yanvarın 20-dən başlayır.

 

 

Məlumata görə, ötən günlərdə sözügedən konsertinin keçirilməsi üçün hazırlıq işləri görülüb, hətta bilet də satılıb. Azərbaycanlı qadınlar konserti səbirsizliklə gözlədikləri halda konsert rəsmi orqanlar tərəfindən ləğv olunub, bu məsələ bir çox soydaşımız tərəfindən etirazla qarşılanıb.

 

İran hökuməti türk kimliyi və mədəniyyətini təbliğ edən bütün mədəni tədbirlərin qarşısında maneçilik törədir. Güney Azərbaycan musiqi qruplarının konsert keçirməsi üçün yaradılan menelər də o cümlədəndir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar