SON XƏBƏRLƏR

Təbrizdə qadın aşıqlarının konserti olacaq

2021.10.20, 07:36
Təbrizdə qadın aşıqlarının konserti olacaq

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı qadın aşıqları Təbriz şəhərində konsert verəcək.

 

Konsert “İşıq” aşıq musiqisi qrupunun təşəbbüsü ilə “Rövşən” musiqi təlim mərkəzinin “ictimaat” salonunda  keçiriləcək.

 

Azərbaycanlı qadın musiqiçilərdən ibarət olan “İşıq” musiqi qrupu aşıq Çingiz Mehdipurun rəhbərliyi altında fəaliyyət göstərir. Bu qrupda olan qadın sənətkarların əksəriyyəti tanınmış “Dalğa” qrupunda da fəaliyət göstərir.

 

Konsertdə xanım Xatirə Məhəmmədxanlı, Məsumə Paknəjad, Məryəm Sadiqi, Sena Oruczadə, Səhər Paşavənd, Aytək Mütməin və Dəniz Mütməin öz istedadlarını nümayiş etdirəcəklər.

 

Konsert yanvarın 18-də qeyd etdiyimiz məkanda keçiriləcək.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar