SON XƏBƏRLƏR

Təbrizdə Rəsul Rəzəvinin azadlığını tələb edən bannerlər asılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə Rəsul Rəzəvinin azadlığını tələb edən bannerlər asılıb – GÖRÜNTÜ

Gunaz.tv
GünAz TV: Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi oktyabrın 4-də başlatdığı aclıq aksiyasını davam etdirir. Fəalın sağlamlıq durumunun ağırlaşdığı bildirir.

Azərbaycanlı mədəni fəallar isə təhlükəsizlik qüvvələri tərəfindən törədilən bütün təhlükələrə baxmayaraq Təbrizdə R.Rəzəvinin azadlığını tələb edən bannerlər asıblar. Təbrizin Heydərabad məntəqəsində asılan bannerlər üzərinə “Azərbaycanlı fəal Rəsul Rəzəvini azad edin” şüarı yazılıb.

Rəsul Rəzəvi oktyabrın 4-dən Təbriz zindanında aclıq aksiyasına başlayıb. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin onunla bağlı dosye təşkil etməsi və zindanda qeyri-insani davranışlar və işgəncələrə məruz qaldığına etiraz olaraq aclığa başlayan fəal, azadlığa buraxılanadək aksiyanı davam etdirəcəyini bildirib.

Bundan öncə R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymadı və başlatdığı aksiyanı davam etdirdi. O daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına başlamışdır. Fəal 28 gün aclıqdan sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırmışdır.

Təbrizli fəal müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar