SON XƏBƏRLƏR

Təbrizdə saxta alkoqoldan zəhərlənənlərdən 10-u ölüb

2021.10.20, 07:36
Təbrizdə saxta alkoqoldan zəhərlənənlərdən 10-u ölüb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə Şərqi Azərbaycanda saxta alkoqollu içkidən kütləvi zəhərlənmə baş verib.

 

Bu barədə mətbuata danışan Təbriz Tibb Universitetinin müalicə məsələləri üzrə rəis müavini Dr. Höccət Purfəthi bildirib ki, Şərqi Azərbaycanda alkoqollu içkidən zəhərlənənlərin sayı 240-a çatıb, onlardan 10-u artıq həyatını itirib.

 

Onun sözlərinə görə, kütləvi zəhərlənmə faktı Novruz bayramına bir neçə gün qalmış qeydə alınıb.

 

Dr. Höccət Purfəthi həmçinin əlavə edib ki, zəhərlənmə ilə Sina xəstəxanasına yerləşdirilən xəstələrdən 3-u görmə qabliyyətini itirib, bir neçə nəfər isə beyin ölümünə düçar olub və ya ICU bölümündə saxlanılır.

 

Tibb Universitetinin rəis müavini xüsusi olaraq diqqətə çatdırıb ki, hadisə konkret olaraq bir yerdə içki qəbul etməklə bağlı deyil, bu bir neçə yerdə baş verib.

 

Onun sözlərinə görə, zəhərlənənlərin vəziyyəti ötən həftələrdə Əhərdə saxta alkoqollu içkilərdən zəhərlənənlərlə müqayisədə daha da ağırdır.

 

İranda saxta alkoqollu içkilərin ölüm, kor olma və zəhərlənmələrə səbəb olması yeni xəbər deyil. Bu ölkədə 1979-cü ildən, islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağandır. Ona görə də evdə əldəqayırma yolla hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar