SON XƏBƏRLƏR

Təbrizdə SEPAH-ın xüsusi komandanlığı yaradılıb. Əmr dini rəhbərdən gəlib

2021.10.20, 07:36
Təbrizdə SEPAH-ın xüsusi komandanlığı yaradılıb. Əmr dini rəhbərdən gəlib

Gunaz.tv
Təbrizdə SEPAH-ın xüsusi komandanlığı yaradılıb Əmr dini rəhbərdən gəlib Şərqi Azərbaycan vilayətində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) xüsusi komandanlığı yaradılıb. "Aşura ordusu" adı altında yaradılan komandanlığın rəhbərinin adı hələlik açıqlanmayıb. SEPAH baş komandanı Məhəmmədəli Cəfərinin bildirdiyinə görə, sözügedən komandanlıq İranın ali dini rəhbəri Ayətullah Xomneyinin əmri ilə ölkənin 31 bölgəsində yaradılan yeni komandanlıqlardan biridir. ("OLAYLAR"İA) ---------------------------------------------------------------------- SƏFƏR ƏBİYEV SEYRAN OHANYANLA GÖRÜŞMƏYƏCƏK Qırğızıstan paytaxtı Bişkekdə MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin də qatıldığı iclasın gündəliyində 20-dən çox məsələ var. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu «Media forum» saytına deyib ki, Bişkekdə Səfər Əbiyevin Ermənistan müdafiə naziri Seyran Ohanyanla hər hansı görüşü nəzərdə tutulmayıb. Bir müddət əvvəl S.Ohanyan Ermənistan mətbuatına açıqlamasında Bişkekdə azərbaycanlı həmkarıyla görüşmək niyyətində olduğunu demişdi. Erməni nazir bunda əsas məqsədin aprelin 28-də Naxçıvanda saxlanmış 4 erməni hərbiçisinin taleyinə aydınlıq gətirmək olduğunu söyləmişdi. Azərbaycanın versiyasına görə, həmin dördlük Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi qrupdur və niyyəti Azərbaycanda təxribat törətmək olub. Ermənistan isə hərbiçilərin Naxçıvana qulluq etdikləri hərbi hissədə baş verən dava-dalaşdan sonra keçdiklərini bildirib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar