SON XƏBƏRLƏR

Təbrizdə səyyar satıcılar və bələdiyyə məmurları arasında qarşıdurma olub -VİDEO

2021.10.20, 07:36
Təbrizdə səyyar satıcılar və bələdiyyə məmurları arasında qarşıdurma olub -VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində bu gün səhər saatlarında səyyar satıcılar və Bələdiyyə İdarəsi məmurları arasında qarşıdurma yaranıb.

 

 

Şahidlərin dediyinə görə, münaqişə Təbrizin tarixi bazarında baş verib.

 

 

Koronavirus pandemiyasının ölkədə geniş yayılmasından sonra Təbrizin ticarət obyektləri, o cümlədən tarixi bazarın fəaliyyəti dayandırılıb. Bu isə ölkəni bürümüş iqtisadi böhrandan əziyyət çəkən satıcıların vəziyyətini daha da pisləşdirib.

 

 

Qeyd edək ki, daha öncə də dəfələrlə Təbrizin tarixi bazarının ətrafında səyyar satıcılar ilə polis və bələdiyyə məmurları arasında qarşıdurma olub.

 

 

Son zamanlarda İranda və Güney Azərbaycanda iqtisadi vəziyyətin pisləşməsi ilə səyyar satıcıların sayı artmaqdadır. Təbriz şəhərində də səyyar satıcıların sayının artdığı müşahidə olunur. 2015-ci ildə məişət avadanlıqları bələdiyyə rəsmiləri tərəfindən müsadirə edilən 43 yaşlı təbrizli səyyar satıcı bələdiyyə binasının önündə özünü yandırmışdı.  

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar