SON XƏBƏRLƏR

Təbrizdə stadionun adının dəyişdirilərək “Qasim Süleymani” adlandırılması etirazlara səbəb olub

2021.10.20, 07:36
Təbrizdə stadionun adının dəyişdirilərək “Qasim Süleymani” adlandırılması etirazlara səbəb olub

Gunaz.tv

GünAz TV: Təbriz şəhərində “Maşınsazi” komandasının ev görüşlərinin keçirildiyi stadionun adının dəyişdirilməsi sosial şəbəkələrdə etirazlara səbəb olub.

 

“Bonyan dizel” stadionunun adı “Traxtur” və “Maşınsazi” klublarının sahibi Məhəmmədrza Zenuzinin əmri ilə dəyişdirilib.

 

“Bonyan dizel” stadionunda Təbrizin “Maşınsazi” komandasının ev görüşləri keçşirilir. Bu stadionda bəzən “Traxtur” komandasının oyunçuları da məşq keçirir.

 

Şərqi Azərbaycan Futbol Heyətinin ictimai əlaqələr şöbəsinin yaydığı açıqlamaya görə, stadionun qapısında yazılan lövhə və digər aidiyyatı sənədlər qısa zamanda dəyişdiriləcək.

 

“Bonyan dizel” stadionunun adının bir terrorçunun adı ilə dəyişdirilməsi sosial şəbəkələrdə çox sayda soydaşımızın  kəskin etirazına səbəb olub, “Traxtur” və “Maşınsazi” komandasının tərəfdarları klub sahibinin verdiyi qərarla razılaşmır.

 

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad hava limanı yaxınlığında Amerika Birləşmiş Ştatları (ABŞ) pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində “Sepah” terror qruplaşmasının Qüds Briqadasına rəhbərlik edən Qasım Süleymani və İraqın "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın dini lideri və İran Prezidenti Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar