SON XƏBƏRLƏR

Təbrizdə tanınmış azərbaycanlı fəal Abbas Lisaninin azadlığını tələb edən posterlər paylanılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə tanınmış azərbaycanlı fəal Abbas Lisaninin azadlığını tələb edən posterlər paylanılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində tanınmış ərdəbilli milli-mədəni fəal Abbas Lisaninin azadlığını tələb edən çox sayda poster paylanılıb.

 

Bir çox poster isə azərbaycanlı fəallar tərəfindən həmin şəhərin ən hərəkətli yerlərində divarlara yapışdırılıb.

 

Tanınmış fəal iyulun 5-i və 6-da keçirilmiş Babək qalası yürüşünə bir neçə gün qalmış (iyulun 2-də) İranın təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbildə öz iş yerində saxlanılıb. Onun vəziyyəti ilə bağlı bu günə qədər ətraflı məlumat yoxdur.

 

Son məlumata görə, tanınmış fəalın dosyesinə Təbriz İnqilab Məhkəməsinin 11-ci Şöbəsində baxılır.

 

Bu barədə Ərdəbil prokuroru Nasir Ətəbati iyulun 11-də prokurorluğa müraciət edən Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadəyə məlumat verib.

 

“Abbas Lisani iyulun 2-də Şərqi Azərbaycan məhkəmə sisteminin qərarı ilə saxlanılıb, hazırda onun dosyesinə Təbriz Məhkəməsinin 11-ci Şöbəsində baxılır”- deyə Ərdəbil prokuroru bildirib.

 

Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınış simalarından biridir. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər həbs edilib, dəfələrlə saxlanılıb, işgəncələr görüb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Təbriz şəhərində rast gəlinən posterlər:

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar