SON XƏBƏRLƏR

Təbrizdə tarixi “Baqirxan evi” yanıb – VİDEO

2021.10.20, 07:36
Təbrizdə tarixi “Baqirxan evi” yanıb – VİDEO

Gunaz.tv

GünAz TV: “Milli Salar” ləqəbi ilə tanınan Azərbaycanın tarixi milli qəhrəmanı Baqirxanın 100 illik evi yanıb.

 

Təbrizin “Salari” məhəlləsində yerləşən “Baqirxan evi”ndə iyulun 3-də yanğın baş verib.

 

Dövlətin laqeyd münasibəti nəticəsində təxrib olunmuş vəziyyətdə buraxılan tarixi məkan uzun illərdir azərbaycanlı milli fəallar və mədəni irs tərəfdarlarının etirazına səbəb olub. Onlar “Baqirxan evi”nin bu vəziyyətdə buraxılmasına kəskin etiraz edərək onun tərmir olunmasını tələb edir.

 

https://www.youtube.com/watch?time_continue=3&v=ARVPYuufSjA

 

Məlumata görə, yanğınsöndürən maşınlar hadisə yerinə gəldikdən sonra yanğın söndürülüb, hazırda tarixi məkan acınacaqlı vəziyyətdədir.

 

 

“Baqirxan evi”nin dövlətin diqqətindən kənarda qalması oranın təxminən zibilxanaya çevrilməsinə səbəb olub, bu məkanda çox sayda narkomanın da toplaşdığı bildirilir. Natəmizlik o həddə çatıb ki, hətta qonşuluqda yaşayan ailələr də bu vəziyyətə etiraz bildirir.

Şəkillərdə göründüyü kimi, tarixi ev son nəfəslərini çəkir, evin yalnız Qacarlar dövründən qalan qapısı yerindədir, lakin divarlar və tavanı təxrib olunub. “Baqirxan evi”ndə qısa müddətdə təmir-bərpa işlərinə başlanılmasa, tarixi məkan yaxın gələcəkdə təmami ilə sıradan çıxa bilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar