Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31 10:56

Təbrizin tarixi küçə, meydan və yer adlarının dəyişdirilərək farslaşdırılması prosesi yenidən başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Təmirdən sonra yeni açılışı olan küçə və metro dayanacağının tarixi adı təhrif edilib. 

Cumə axşamı, 29 iyulda temir və yenidənqurma işlərindən sonra “Köhnə meydan” və “İstanbul qapısı”nın açılış mərasimləri keçirilib. Şəhərin bələdiyyə başçısı və başqa məsulların iştirakı ilə keçirilən açılış mərasimi əhalinin təəccübləndirib. 

Buna səbəb hamının “İstanbul qapısı” kimi tanıdığ yerin bu dəfə “Dərbe İstanbul” və Təbrizin qədim meydanlarından olan “Köhnə meydan”ın isə “Meydane Kohən” adı ilə təqdim olunması olub.

Bundan öncə 2020-ci ilin dekabr ayının 19-da rəsmi olaraq “Meydani Mühəqqiqi” adlandırılan “Köhnə meydan”ın adının farslaşdırılaraq “meydani kohən” qoyulması təklifi “Keçid və İctimai yerlərin adlandırılması üzrə Şura” ilə Təbriz Şəhər Şurasının üzvləri arasında mübahisəyə səbəb olmuşdu.

Şəhər şurasının üzvləri “Keçid və İctimai yerlərin adlandırılması üzrə Şura”sının sədri və üzvlərini Təbrizin tarixini silməyə, kimliyini saxtalaşdıraraq türkcə adları farslaşdırmağa çalışdıqlarını bildirib, tarixi türkcə "Köhnə Meydan" adının bərpasını istəmişdilər.

Şəhər Şurasıının üzvü Məsud Reyhan Keçid və İctimai yerlərin adlandırılması üzrə Şuranın məsullarının bu işindən heyrətləndiyini, Təbriz tarixini və türk yer adlarını təhrif etmək yönündə Şəhər Şurasını öz pis işlərinə ortaq etməyə çalışdıqlarını söyləmişdi.

Tarixi yer adlarının dəyişdirilməsinə qarşı şəhər Şurası üzvləri yerli medianın və şəhər sakinlərinin etirazından sonra iyunun 10-da Təbriz bələdiyyəsinin başçısı İrəc Şəhin Bahir şəhərin 10 bölgə bələdiyyəsinə yer adlarının dəyişdirilməsi ilə bağlı sərəncam verib.

Başçı Təbriz məhəllələrinin xüsusi və köhnə adlarının qorunub saxlanmasını və dəyişdirildiyi təqdirdə düzəldilməsini tələb edib.

“Hər 10 bölgədə bələdiyyə məsulları şəhərin özəl və qədim küçə adlarını araşdırmağa, dəyişdirilibsə əski adını bərpa etməyə borcludurlar”-deyə, başçı ötən illər ərzində birbaşa və ya dolayısı ilə dəyişdirilərək farslaşdırılan küçə adlarının bərpasının vacib olduğunu bildirib. 

Ancaq qəribədir ki, iyulun 29-da adları farslaşdırılaraq təhrif olunan hər iki yerin açılış mərasimində bələdiyyə başçısı İrəc Şəhin Bahir şəxsən özü də iştirak edib.

Açıklama yok.

Açıklama yok.Açıklama yok.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

Təbrizdə farslaşdırılan “Gölbaşı” küçəsinin türkcə adı bərpa olunub

Təbriz bələdiyyəsi qədim küçə adları iə bağlı yeni qərar verib


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16