Təbrizdə Təkəmçilər heykəli bərpadan sonra yenidən sındırılıb

2020-09-27 13:25

Güney Azərbaycanın Təbriz şəhərində təkəmçilər heykəlinin bəzi hissələri növbəti dəfə naməlum şəxslər tərəfindən sındırılıb.

Gunaz.tv Quote | Gunaz article

Təkəmçilər heykəli Bələdiyyə İdarəsinin Görüntü, Mənzərə və Yaşıllıq idarəsinin təsdiqindən sonra hazırlanaraq Təbrizin Vəliəsr məhəlləsində quraşdırılıb.

 

İyul ayının 24-də də həmin heykəlin bəzi hissələri naməlum şəxslər tərəfindən sındırılmışdı. Əhalinin geniş etirazından sonra heykəl yenidən bələdiyyə tərəfindən təmir edilsə də növbəti dəfə zədələnmişdi.

 

Abidənin 3-cü dəfə olaraq sındırılması əhalinin narazılığına səbəb olub. Sosial şəbəkə istifadəçiləri Azərbaycanın milli simvolları ilə düşmənçilik edən təxribatçılara qarşı ciddi tədbirin görülməsini tələb ediblər.

 

Məsələyə reaksiya bildirən bəzi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin fikrincə, heykəli dağıtmağa çalışanlar pan-iranist və irqçi təxribatçılar olub.

 

İranın təhlükəsizlik qüvvələri heykəli sındıran şəxs və ya şəxslərin kimliyini asanlıqla müəyyənləşdirə bilərlər. Lakin məsələyə etinasız yanaşmaqla faktiki olaraq Azərbaycan düşmənlərinə dəstək verirlər.

 

Son illərdə Güney Azərbaycanda min illərlə keçmişi olan “Təkəmçilər” ənənəsi yenidən canlanmağa başlayıb. Təkəmçi Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və ağacdan hazırlanmış təkəni dolandırmaq ilə xəbər verən ənənəvi müjdəçidir.

 

Qeyd edək ki, iyun ayında da Təbrizin Mənzəriyyə meydanında ucaldılan Azərbaycanın tanınmış şairi Məhəmməd Füzulinin heykəli naməlum səbəbdən qaldırılıb.

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18