Güney Azərbaycanın Təbriz şəhərində təkəmçilər heykəlinin bəzi hissələri naməlum şəxslər tərəfindən sındırılıb.
Gunaz.tv
Təbrizin Vəliəsr məhəlləsində yerləşən həmin heykəlin sındırılması əhalinin narazılığına səbəb olub.
Məsələyə reaksiya bildirən bəzi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin fikrincə, heykəli dağıtmağa çalışanlar pan-iranist və irqçi təxribatçılar olub. Bəzi istifadəçilər isə Azərbaycanın milli simvolları ilə düşmənçilik edən İran hökumətinə bağlı şəxslərin heykəli məhv etməyə çalışdıqlarını yazıblar.


Təkəmçilər heykəli Təbriz Bələdiyyəsinin Görüntü, Mənzərə və Yaşıllıq idarəsinin təsdiqindən sonra hazırlanıb və Vəliəsr məhəlləsində quraşdırılıb.
Son illərdə Güney Azərbaycanda min illərlə keçmişi olan “Təkəmçilər” ənənəsi yenidən canlanmağa başlayıb. Təkəmçi Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və ağacdan hazırlanmış təkəni dolandırmaq ilə xəbər verən ənənəvi müjdəçidir.
Qeyd edək ki, iyun ayında da Təbrizin Mənzəriyyə meydanında ucaldılan Azərbaycanın tanınmış şairi Məhəmməd Füzulinin heykəli naməlum səbəbdən qaldırılıb.

İyulun əvvəllərində isə Güney Azərbaycanın Təbriz şəhərində kiçik qız heykəli “uyğunsuz geyim” səbəbi ilə sökülmüşdü.
Əhalinin etiraından sonra 5 yaşlı qız heykəlinin geyimində dəyişikliklər edildikdən sonra heykəl yenidən əvvəlki yerində bərpa edildi.

Ü.F