SON XƏBƏRLƏR

Təbrizdə tikilməkdə olan bina çöküb – 2 fəhlə ölüb

2021.10.20, 07:36
Təbrizdə tikilməkdə olan bina çöküb – 2 fəhlə ölüb

Gunaz.tv

GünAz TV: Təbrizdə iş yerində ölümlə nəticələn bədbəxt hadisə baş verib.

 

Məlumata görə, Təbriz şəhərinin məhəllələrinin birində tikilməkdə olan 4 mərtəbəli bina çöküb, hadisə nəticəsində 2 fəhlə həlak olub.

 

Hadisə noyabrın 25-də səhər saatlarında baş verib. Binanın tikinti qaydaları və keyfiyyət standartlarına riayət edilmədiyi üçün çökdüyü bildirilir.

 

Təbriz Bələdiyyə İdarəsinin Fövqəladə Hallar Bölümünün icraçı direktoru Məhəmməd Quluzadə iki cəsədin xilasedici qruplar tərəfindən dağıntılar altından çıxarıldığını deyib.

 

Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzi isə xəbəri təsdiqləyərək ölən fəhlələrin 18 və 30 yaşında olduqlarını elan edib.

 

İran işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə 102-ci ölkədir. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçinin bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar