SON XƏBƏRLƏR

Təbrizdə Yol və Şəhərsalma İdarəsinin qarşısında etiraz yığıncağı keçirilib - VİDEO

2021.10.20, 07:36
Təbrizdə Yol və Şəhərsalma İdarəsinin qarşısında etiraz yığıncağı keçirilib - VİDEO

Gunaz.tv

GünAz TV: Fevralın 9-da Təbrizdə Şərqi Azərbaycan Yol və Şəhərsalma İdarəsinin qarşısında kütləvi etiraz yığıncağı keçirilib.

 

Etirazçılar Təbrizdə Müəllimlərin Besət kooperativinin üzvləri olub. Fərhəngiyan Mənzil-tikinti Kooperativinin üzvləri 17 il gecikmədən sonra şirkətin öhdəliyinə əməl etməsini tələb ediblər.

 

Etiraz yığıncağında çoxlu plakatlar nümayiş etdirilib. Plakatlarda “müəllim səbirlidir. Lakin Əyyub və Nuh qədər dözə bilməzlər, artıq 17 il yetər!” və “Fərhəngiyan Besət kooperativinin vəsaitini itirmiş üzvləri 17 il gözlədikdən sonra şəhərsalma və məzil tikintiləri ilə bağlı verilən vədlərin yerinə yetirilməsini istəyir” sözləri yazılıb.

 

https://www.youtube.com/watch?time_continue=6&v=MmG_Lu-m8gA&feature=emb_logo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar