SON XƏBƏRLƏR

Təbrizi İran çempionatının I dəstəsinin yarışlarında təmsil edən komandanın vəziyyəti nigaranlıq doğurur

2021.10.20, 07:36
Təbrizi İran çempionatının I dəstəsinin yarışlarında təmsil edən komandanın vəziyyəti nigaranlıq doğurur

Gunaz.tv

GünAz TV: Təbrizi futbol üzrə İran çempionatının I dəstəsinin yarışlarında təmsil edən yeganə komandanın vəziyyəti heç də ürəkaçan deyil.

 

Yunis Bahünərin çalışdırdığı “Elm və ədəb” komandası bu mövsümdə keçirdiyi bütün yarışlarda məğlub olub.

 

6 yarışda 14 qol yeyən Təbriz təmsilçisi yalnız 2 qol vurmağa nail olub, komanda hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

“İsna” xəbər agentliyi qeyd edib ki, məsullar “Elm və ədəb” komandasını böhrandan qurtarmaq üçün ən qısa zamanda hərəkətə keçməlidir. Ona görə ki, bu komanda Şərqi Azərbaycanı İran çempionatının I dəstəsinin yarışlarında təmsil edən yeganə komandadır.

 

Qeyd edək ki, ötən il İranda bələdiyyə idarələrinin komanda saxlamasının qadağan olduğuna dair qərar qəbul olunub. Bundan sonra Təbrizin Bələdiyyə İdarəsi “Şəhrdari” komandasını özəl sektora buraxdı. “Elm və ədəb” adı ilə fəaliyyətini davam etdirən komanda hazırda bir çox problemlə üz-üzə qalıb. Komandanın böhran içində olması güney azərbaycanlı futbolsevər soydaşlarımızın ciddi nigaranlığına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar