Təbriz avtomobil zavodunda tətil: Fəhlələr əmək haqqının ödənilməsini tələb edir-FOTOLAR

2021-04-20 14:20

Təbriz avtomobil zavodunun işçiləri tətilə başlayıb. 

Gunaz.tv Quote | Gunaz article

Aprelin 19-dan başlanan aksiyanın əsas tələbi əmək haqlarının ödənilməsidir. 

“İranxodro”nun işçiləri həmçinin zavodun direktoru Həmid Hacızadın maaşların ödənəcəyi ilə bağlı yalan vədlərindən cana doyduqlarını bildiriblər.  

Narazılar bundan əvvəlki etiraz aksiyalarında problemlərin həll olunmasını tələb edən işçilərin direktor tərəfindən işdən çıxarıldığını vurğulayıb,  işçilərin problemlərini dilə gətirdikləri üçün təhdid edildiklərini bildiriblər.  Qeyd olunub ki, bu,  işçilərin etiraz hüquqlarının pozulmasıdır. 

Tətilçilərin dediyinə görə, İranın başqa əyalətlərində filialı olan zavodun bütün əməkdaşlarının əmək haqlarını ödənilib. Təkcə Təbriz fəhlələrinə qarşı ayrı-seçkilik edilib və onların maaşları ödənilmir.
 
Bununla yanaşı onlar Təbriz işçilərinin başqa şəhərlərin işçilərinə nisbətdə çox işlədildiyini, qarşılığında isə daha az əmək haqqı aldıqlarını söyləyiblər.

Qeyd edək ki, zavod işçiləri 10 oktyabr 2020-ci və 29 yanvar 2021-ci il tarixlərində oxşar problemlərlə bağlı tətil aksiyası keçirmişdilər. 
Lakin roblemlərin həll olunacağına söz verən müəssisə rəhbərliyi bu günə kimi verdiyi vədləri yerinə yetirməyib.
   
“İran Xodro” zavodu Təbrizin ən əhəmiyyətli müəssisələrindən biri sayılır. Hal-hazırda zavodda 1430 nəfər çalışır.


C.E

 

کارگران ایران خودرو تبریز در اعتراض به یک ماه معوقه مزدی موقتا دست از کار کشیدند/ مدیرعامل: توقف فعالیتی در کار نیست | خبرگزاری ایلناسالن-مونتاژ-ایران-خودرو | مدیران ایران

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18