SON XƏBƏRLƏR

Təbrizin bu məhəlləsində ətraf mühitin çirkləndirilməsinə qarşı etiraz aksiyası keçirilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizin bu məhəlləsində ətraf mühitin çirkləndirilməsinə qarşı etiraz aksiyası keçirilib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizin Kücüvar məhəlləsinin əhalisi, xüsusi ilə də ətraf mühit müdafiəçiləri məhəllənin ətraf mühitinin çirkəndirilməsinə qarşı etiraz bildiriblər.

 

Soydaşlarımız ailələri ilə gəzintiyə çıxdıqları bir vaxtda etiraz aksiyası keçirib. Onlar türk və fars dillərində yazılmış plakatlar nümayiş etdirərək kimyəvi maddələr və texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər, xüsusi ilə də Neft Emalı Zavodu, Polinar və Neft-Kimya Şirkətlərinin qeyri-standart üsullarla fəaliyyət göstərdiyinə və bunun nəticəsində havanın çirklənməsinə etiraz bildirib.

 

Bir müddət əvvəl Kücüvar əhalisinin etirazlarından sonra Təbriz Neft-Kimya Şirkətində yoxlama aparılıb. Bundan sonra şirkət məsulları məhəlləyə yayılan iyinin bu komplekslə heç bir əlaqəsi olmadığını iddia edib.

 

Ötən il Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəis müavini Həsən Abbasnəjad isə məhəllədə yayılan iyinin Neft Emalı Zavodunun fəaliyyəti ilə əlaqədar olduğunu bildirmişdir.

 

Bu barədə bütün açıqlaqmalara baxmayaraq Kücüvar məhəlləsində pis iyinin yayılmasının əsas səbəbi aradan qaldırılmayıb, əhali bir neçə ildir ki, bu vəziyyətdən əziyyət çəkir.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar