Elektirik Stansiyalarından mazotdan istifadə Təbriz, Urmu və bir neçə başqa böyük şəhərdə havanın həddindən artıq çirkliliyinin davam etməsinə səbəb olub.
Gunaz.tv
Şərqi Azərbaycan Ekologiya İdarəsi yanvarın 12-ə olan məlumatında Təbriz şəhərinin havasının bütün yaş qrupları üçün təhlükəli olduğunu açıqlayıb. İki həftədir ki Təbrizdə belə hava şərayiti hökm sürr.
Bu gün Təbrizdə hava çirkliliyinin ortalama səviyyəsi 160-dir.
Təbrizlə yanaşı Urmu, Tehran və Ərak şəhərlərində də eyni hava durumu hakimdir.
Son iki həftə ərzində Ərak şəhərində hava durumuna görə tənəffüs problemləri yaşayan 144 nəfər klinikalara müraciə edib.
Havanın təmizlik və çirklilik göstəriciləri, 0-dan 50-ə qədər təmiz, 50-dən 100-ə qədər sağlıqlı, 100-dən 150-ə qədər qeyrı-sağlam və 150-dən 200-ə qədər isə bütün yaş qrupları üçün qeyri sağlam və təhlükəli sayılır.
C.E