Təbriz Tibb Elmləri Universitetinin verdiyi bilgiyə görə, həftələrdir davam edən hava çirkliliyi koronovirusun yayılması və ölüm hallarının çoxalmasına səbəb olur.
Gunaz.tv
Şərqi Azərbaycan əyalətinin “Ətraf Mühiti Qoruma İdarəsi”nin ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, Təbriz şəhərinin havası bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəlidir.
İdarənin bu gün, 26 yanvar, səhər saatlarında yayınladığı açıqlamada şəhərin hava keyfiyyəti göstəricisinin 153 olduğunu, bunun bütün yaş qrupları üçün təhlükə doğurduğunu bildirib.
Xatırladaq ki, havanın keyfiyyət göstəriciləri: 0-dan 50-ə qədər təmiz, 50-dən 100-ə qədər sağlıqlı, 100-dən 150-ə qədər qeyrı-sağlam və 150-dən 200-ə qədər isə bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəli sayılır.
C.E