SON XƏBƏRLƏR

Təbrizin Maşınqayırma zavodunu özəlləşdirən şəxs saxlanılıb

2021.10.20, 07:36
Təbrizin Maşınqayırma zavodunu özəlləşdirən şəxs saxlanılıb

Gunaz.tv

GünAz TV: Təbrizin Maşınqayırma zavodunu ucuz qiymətə alan şəxsin saxlandığı bildirilir.

 

Bu barədə İran mətbuatında xəbər yayılıb, lakin Qurbanəli Fərruxzadın hansı səbəbdən saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

 

Polis zavod sahibini məhkəmənin qərarı ilə yaxalayaraq təcridxanaya aparıb.

 

Təbrizin Maşınqayırma zavodu ötən il ucuz qiymətə hökumətə yaxın olduğu bildirilən Q.Fərroxzada satılıb. Onun zavodu çalışdırmaq üçün lazımi təxəssüs və bacarığı yoxdur. Azərbaycanlı millət vəkilləri zavodun bu şəkildə özəlləşdirilməsinə etiraz edərək dəfələrlə Q.Fərruxzadı Şərqi Azərbaycan Deputatlar Birliyinin suallarını cavablandırmağa çağırıblar, lakin o millət vəkillərinə məhəl qoymadan onların qarşısına çıxmaqdan imtina edib.

 

Təbriz Maşınqayırma Zavodu Azərbaycanın çox önəmli sənaye müəssisələrindən biridir, zavod sonralar dövlətin yanlış siyasətləri nəticəsində bir çox problemlə üz-üzə qalıb. Zavodun özəlləşdirmə adı ilə hökumət rəsmilərinə yaxın şəxslərə buraxılması məsələsi, yerli əhali ilə yanaşı bəzi millət vəkillərinin də ciddi etirazına səbəb olub.

 

Ötən həftələrdə Muğanın nəhəng aqrosənaye kompleksi də dəyərindən 1000 milyard tümən aşağı qiymətə hökumətə yaxın bir şirkətə satılıb. Yerli əhali bunu talançılıq adlandıraraq kompleksin dərhal qaytarılmasını tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar