Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04 15:05

​​​​​​​Təbrizin ən qədim furbol klubu olan “Maşınsazi” fəaliyyətini dayandırıb. Klub rəhbərliyi bununla bağlı bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

“Maşınsazi” İdman Klubunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin mart ayında Məhəmməd Rza Zanozi tərəfindən klubun fəaliyyətinin dayandırıldığı elan edildikdən sonra Şərqi Azərbaycan əyalətinin qubernatoru klubun problemlərini həll etməyi və borclarını ödəməklə bağlı bələdiyyə və başqa əlaqədar qurumla göstəriş verib.

Ancaq Təbriz bələdiyyəsi və digər əlaqədar təşkilatlar “Maşınsazi” klubunun ayaqda qalması və fəaliyyətini davam etdirməsi üçün heç bir addım atmayıb.

Bəyanatda deyilir ki, klubla bağlı inzibati göstərişin və sərəncamın üstündən 40 gündən çox keçməsinə baxmayaraq, heç bir ödəniş edilməyib.

Əlaqədar qurumlar populyar klubla bağlı xalq qarşısında hüquqi və mənəvi məsuliyyətdən qaçmaq üçün bəhanə axtarırlar.

Bu kritik vəziyyətdə Şərqi Azərbaycan Futbol Federasiyasının dəstəyini gözləyən "Maşınsazi" klubu heç bir dəstək almayıb.

Bəyanatda qeyd edilir ki, klubun bütün fəaliyyəti Şərqi Azərbaycan Futbol Federasiyası və Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi və laqeydliyi ucbatından dayandırılır.

Bundan sonra klubla bağlı bütün məsuliyyət əyalətin futbol federasiyasının üzərinə düşür.

Qeyd edək ki, 50-dən çox yaşı olan Güney Azərbaycanın ən populyar iki komandasından biri sayılan “Maşınsazi” son illər iqtisadi sıxıntı çəkirdi. Ölkədə yaranmış iqtisadi böhran klubun maddi durumuna da təsir etmişdi.

Klub rəhbərliyində dəfələrlə baş verən dəyişikliklərə baxmayaraq uğursuz çıxışlarını davam etdirib. Hazırda klub ölkə Premyer Liqasının turnir cədvəlində sonuncu yerlərdə qərar tutub.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11