SON XƏBƏRLƏR

Təbrizin “Maşınsazi” klubunun icraçı direktoru istefa verdi

2021.10.20, 07:36
Təbrizin “Maşınsazi” klubunun icraçı direktoru istefa verdi

Gunaz.tv

GünAz TV: Təbrizin “Maşınsazi” klubunun icraçı direktoru Huşəng Nəsirzadə tutduğu postdan istefa verib.

 

O fevralın 27-də komandası Mazandaranın “Nəssaci” komandasına uduzduqdan sonra istefasını elan edib.

 

Hələlik Huşəng Nəsirzadənin hansı səbəbdən istefa verdiyi dəqiq məlum deyil, lakin onun qərarı “Maşınsazi”nin son görüşlərdə uğursuz çıxış etməsi ilə əlaqədar ola bilər.

 

Klubun Rəyasət Heyətinin Huşəng Nəsirzadənin istefasını qəbul etdiyi bildirilir.

 

Qeyd edək ki, Huşəng Nəsirzadə ikinci dəfədir ki, “Maşınsazi” klubunun rəhbərliyində təmsil olunurdu. O klubun irəli getməsi istiqamətində bir çox müsbət işlər görüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar