SON XƏBƏRLƏR

Təbrizin “Maşınsazi” komandasının oyunçusu “Sumqayıt” klubuna transfer edilib

2021.10.20, 07:36
Təbrizin “Maşınsazi” komandasının oyunçusu “Sumqayıt” klubuna transfer edilib

Gunaz.tv

GünAz TV: Təbrizli futbolçu Peyman Babayi Azərbaycan Respublikasının “Sumqayıt” klubuna transfer edilib.

 

Azərbaycanlı hücumçu “Maşınsazi”nin sahibinin İstanbuldakı ofisində “Sumqayıt” klubuna keçməklə bağlı müqaviləyə imza atıb.

 

18 aylıq müqavilə əsasında “Sumqayıt”ın şərəfini qoruyacaq olan Peyman Babayi 8 nömrəli formada çıxış edəcək.

 

“Traxtur” klubunun yetirməsi olan Peyman Babayinin 24 yaşı var, o Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Gostəreş Fulad” (26 oyun, 7 qol) və “Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar