SON XƏBƏRLƏR

Təbrizin mədəni fəalları ermənilərin Tehranda yol verdiyi anti-Azərbaycan hərəkətini qınayıblar

2021.10.20, 07:36
Təbrizin mədəni fəalları ermənilərin Tehranda yol verdiyi anti-Azərbaycan hərəkətini qınayıblar

Gunaz.tv

GünAz TV: Təbrizin mədəni fəalları işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda etdiyi çıxışı zamanı Azərbaycana qarşı edilən hərəkəti kəskin şəkildə qınayıblar.

 

Bu barədə mədəniyyət, incəsənət və mətbuat sahəsində fəaliyyət göstərən 64 fəal etiraz bəyanatı yayıb. Bəyanatda ermənilərin bu hərəkətinin islam cümhuriyyətinin siyasəti və ölkə rəhbərinin mövqeyinə qarşı olduğu bildirilib.

 

Bəyanatı imzalayanlar bu qərəzli hərəkəti şiddətlə qınayaraq İranın xarici işlər nazirindən səbəbkarların cəzalandırılmasını tələb ediblər.

 

Bəyanatın sonunda Dağlıq Qarabağın islam dünyasının ayrılmaz hissəsi kimi Azərbaycana aid olduğuna təkid edilib.

 

1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri N.Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.

 

Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub. İranın təhlükəsizlik qüvvələri radikal ermənilərə qarşı tədbir almaq yerinə bu vəziyyətə etiraz edən azərbaycanlı fəalları saxlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar