SON XƏBƏRLƏR

Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası keçirən Məhəmmədrza Sübhxiz xəstəxanalıq olub

2021.10.20, 07:36
Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası keçirən Məhəmmədrza Sübhxiz xəstəxanalıq olub

Gunaz.tv

GünAz TV: Bir aydır Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası keçirən Məhəmmədrza Sübhxiz səhhəti  həddindən artıq pisləşdiyinə görə xəstəxanaya aparılıb.


Məhbusun yaxınlarının verdiyi məlumata görə, o yanvarın 23-də xəstəxanaya intiqal edilib.


Azərbaycanlı məhbus uzun müddət aclıqdan sonra dəfələrlə qan qusub və bihuş olub. Zindan məsulları şənbə günü onu bu vəziyyətdə daha ağır şəraitdə olan xüsusi korpusa intiqal ediblər. O yeni korpusa aparıldığı zaman döyülüb və təhqir edilmişdir. Nəhayət məhbusun ölüm ayağında olduğunu görən zindan məsulları onun xəstəxanada müalicə almasına qərar veriblər.


Məhbusun yaxınlarının verdiyi məlumata görə, o məhkəmə prosesinin təhlükəsizlik qüvvələrinin təzyiqi ilə keçirildiyi və barəsində məqsədyönlü şəkildə dosye təşkil olunduğuna etiraz olaraq 1 aydır aclıq aksiyası keçirir.


M.Sübhxiz dosyesi ilə bağlı bildirib ki, o Həsənzadə adlı bir polis əməkdaşı ilə arasında yaşanan qarşıdurmaya görə qondarma oğurluq ittihamı ilə saxlanılıb. Təcridxanada  ağır işgəncəyə məruz qalan müttəhim yalan etiraf verməyə məcbur edilib. O işgəncələrə dözməyərək dəfələrlə poliklinikaya da aparılıb.
Onun haqqında yayılan xəbərlərdən məlum olur ki, həqiqətən də barəsində qondarma dosye təşkil olunub. Dosyedə başqa bir şəxslə əlaqədar ittiham olunan gənc, həmin şəxsi ümumiyyətlə tanımadığını bildirib.


M.Sübhxiz aclıq aksiyasının ilk həftəsində ağzını və dodaqlarını tikib, o zindan məsullarının irəli sürdüyü tələblərlə bağlı verdikləri vədlərdən sonra dodaqlarındakı tikişləri götürüb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar