SON XƏBƏRLƏR

Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası keçirən Məhəmmədrza Sübhxizin vəziyyəti ağırdır

2021.10.20, 07:36
Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası keçirən Məhəmmədrza Sübhxizin vəziyyəti ağırdır

Gunaz.tv

GünAz TV: 8 ildən çoxdur qondarma ittihamla zindanda məhbus həyatı yaşayan Məhəmmədrza Sübhxizin 17 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

 

O məhkəmə prosesinin təhlükəsizlik qüvvələrinin təzyiqi ilə keçirildiyi və barəsində məqsədyönlü şəkildə dosye təşkil olunduğuna etiraz olaraq aclıq aksiyasına başlayıb.

 

Azərbaycanlı gəncin aclıq nəticəsində səhhətində problemlər yarandığı qeyd olunur.


M.Sübhxiz bildirir ki, o Həsənzadə adlı bir polis əməkdaşı ilə arasında yaşanan qarşıdurmaya görə qondarma oğurluq ittihamı ilə saxlanılıb. Təcridxanada  ağır işgəncəyə məruz qalan müttəhim yalan etiraf verməyə məcbur edilib. O işgəncələrə dözməyərək dəfələrlə poliklinikaya da aparılıb.

 

Azərbaycanlı gənc barəsində təşkil olunan qondarma dosye əsasında, nəhayət 3 il həbs və sözdə götürdüyü malı geri qaytarmaq cəzası ilə üzləşib. Lakin o 8 ildən çoxdur həbsdədir, naməlum səbəbdən azadlığa buraxılmır.

 

Məhbusun sözlərinə görə, Həsənzadə onun azadlığa buraxmasına imkan verməyəcəyini dəfələrlə vurğulayıb.

Onun haqqında yayılan xəbərlərdən məlum olur ki, həqiqətən də barəsində qondarma dosye təşkil olunub. Dosyedə başqa bir şəxslə əlaqədar ittiham olunan gənc, həmin şəxsi ümumiyyətlə tanımadığını bildirib.

 

M.Sübhxiz aclıq aksiyasının ilk həftəsində ağzını və dodaqlarını tikib, o zindan məsullarının irəli sürdüyü tələblərlə bağlı verdikləri vədlərdən sonra dodaqlarındakı tikişləri götürüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar