Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15 12:15

​​​​​​​Təbriz, Üskü və Tofarqanın (Azərşəhr) İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan prezident seçkilərində namizədliyini irəli sürüb. 

Gunaz.tv Quote | Gunaz article

Məsud Pezeşkiyan çıxışı zamanı hazırkı durumu tənqid edib. O, bilik və təxəssüsə söykənməyən siyasət və hərəkətlərin daha çox problemlərin yaranmasına səbəb olacağını söyləyib.

Pezeşkiyan buna nümunə kimi İranın hazırkı çətin iqtisadi, siyasi və ictimai şərayitini nümunə göstərib.

"Ölkənin hazırkı çətin şəraiti elmə və aydınlığa söykənməyən siyasətlərin nəticəsidir”-deyə, millət vəkili bildirib.  "Heç bir ölkə böhran yaratmaq və qonşularla münasibətləri gərgin saxlamaqla bir yerə çata bilməyib"-deyə, Pezeşkiyan vurğulayıb. 

Qeyd edək ki, M.Pezeşkiyan martın ortalarında seçkilərdə namizədliyini irəli sürəcəyini demiş, heç kimin, o cümlədən İran parlamentinin hazırkı sədri Əli Laricaninin xeyrinə namizədliyini geri götürməyəcəyini bildirmişdi.

Məsud Pezeşkiyan İran siyasətində və Azərbaycanda nüfuzlu şəxslərdən sayılır. Onun namizədliyini irəli sürməsi ölkə seçicilərinin, özəlliklə də ötən prezident seçkilərinə əhəmiyyət verməyən azərbaycanlıların aktivliyini artıra bilər.

Qeyd edək ki, S.Ə.Xamneyinin “böyük uğur” adlandırdığı İranın son parlament seçkilərində seçici fəallığı 42.57 faiz olmuşdu. Bu da İran İslam Respublikası tarixində ən aşağı göstərici idi.

Prezident seçkilərində daha az iştirak gözlənildiyi üçün vətəndaşları seçkiyə cəlb etmək üçün müxtəlif siyasi manevrlər edilir. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13

gun az article

Ərdəbildə qrafitlər və divar yazıları: “Azərbaycanlı məhbusların hüquqlarını pozan məhkəmə sisteminin başçısı xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güney azərbaycanlı məhbusların aclıq aksiyası genişlənir-Daha üç məhbus aksiyaya qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12

gun az article

Keçmiş siyasi məhbuslardan Abbas Lisaniyə dəstək

2021-06-12

gun az article

Təbrizdə Abbas Lisaniyə dəstək verilib-FOTO

2021-06-12

gun az article

Abbas Lisaniyə dəstək aksiyası davam edir

2021-06-12

gun az article

Rəşt şəhərində türklərə məxsus yer adları dəyişdirilir-VİDEO

2021-06-12

gun az article

Zənganın ölümə aparan yolları: Ən azı 1600 kilometr yol təmir edilməlidir

2021-06-12

gun az article

Günaz.TV-nin rəhbəri İraq kürdlərinin Urmu seçkilərindəki müdaxiləsinə münasibət bildirib-VİDEO

2021-06-12

gun az article

Abbas Lisaninin başladığı aksiya genişlənir: Siyasi məhbus Yusif Kari də aclığa qoşuldu

2021-06-12

gun az article

İraq kürdləri Qərbi Azərbaycan seçkilərinə müdaxilə edir-FOTO, VİDEO

2021-06-12

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ələ keçdi

2021-06-12

gun az article

Abbas Lisani aclıq aksiyasına başladı

2021-06-12

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazıldı: “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası”-FOTO

2021-06-12

gun az article

GünazTV June.11.2021: Körpü: İran'da Qondarma Seçkilər, Güney Azərbaycan Milli Hərəktinin Tarixi Qalibiyyəti

2021-06-12

gun az article

GünazTV June.11.2021-Azadlıq səsi: Milli hərəkat və seçki

2021-06-12

gun az article

Milli hökumətin başçısı Seyid Cəfər Pişəvərinin doğum günüdür

2021-06-12

gun az article

Urmulu türk xanım Parisdə Beynəlxalq Karate Liqasının münsif üzvü seçildi

2021-06-11

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Urmu gölünün bərpasından danışıb

2021-06-11