SON XƏBƏRLƏR

Təbrizin millət vəkili Teleradio Şirkətinin “Traxtur” klubuna münasibətini tənqid edib

2021.10.20, 07:36
Təbrizin millət vəkili Teleradio Şirkətinin “Traxtur” klubuna münasibətini tənqid edib

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi İran televiziyasında idman komandaları arasında yol verilən ayrı-seçkiliklərə reaksiya verib.

 

O bu barədə Teleradiso Şirkətinə Nəzarət Şurasının rəisi Möhseni Ejeiyə məktub ünvanlayıb.

 

Məktubda “Traxtur” klubunun bu haqda olan etirazına işarə olunaraq vurğulanıb ki, Teleradio Şirkətinin bəzi aparıcılarının yanlış işləri hələ də davam edir. Bu məsələ ölkədə milli birliyə ağır zərbə vurur. Xahiş olunur ki, bu istiqamətdə aparıcıların fəaliyyətinə xüsusi nəzarət etməklə bağlı qərar qəbul edəsiniz.

 

Azərbaycanlı millət vəkilinin məktubu İran mətbuatında geniş yayılıb.

 

Qeyd edək ki, İran televiziyalarında aparıcı və reportyorların “Traxtur” komandası və Güney Azərbaycanın əleyhinə çıxış etməsi yeni hadisə deyil. Ötən günlərdə “Perspolis”lə “Pədidə”nin qarşılaşmasında paytaxt komandasının tərəfdarları qol vurduğu zaman oyunun reportyoru Abbas Qane “Perspolis”i nümayişkaranə şəkildə rekam edib, onu əsil komanda adlandırıb. Bundan əlavə, o “Traxtur” klubu və onun sahibi Məhəmmədrza Zenuzinin ünvanına xoşagəlməz ifadələr işlədib.

 

Bu məsələ “Traxtur” klubunun etirazına səbəb olmuşdur. Bu barədə ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

“Traxtur” klubu: Belə davam edərsə, komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcək

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar