SON XƏBƏRLƏR

Təbrizin millət vəkilinin “Amerika ilə müzakirə” mövzusunda açıqlaması qalmaqala səbəb olub

2021.10.20, 07:36
Təbrizin millət vəkilinin “Amerika ilə müzakirə” mövzusunda açıqlaması qalmaqala səbəb olub

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili İran rejimini Amerika Birləşmiş Ştatları (ABŞ) ilə danışıqlara başlamağa çağırıb, millət vəkilinin təklifi radikal qüvvələrin kəskin etirazı ilə qarşılanıb.

 

Şəhabəddin Bimiqdar bu barədə “Sepah” terror qruplaşmasının Qüds Briqadasına rəhbərlik edən Qasım Süleymaninin İraqda zərərsizləşdirildikdən sonra “Şəms” saytının müxbirinə danışıb.

 

“Mənim təklifim təmkinli olmaq və İranla Amerika arasında danışıqların başlamasıdır. Ümid edirəm ki, iki ölkə arasında müharibə baş verməyəcək. Ona görə ki, ABŞ və müttəfiqlərinə qalib gəlməyin çətin olduğu hiss olunur.”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili “bu cinayətə qarşı ən yaxşı cavab nədən ibarət ola bilər?” sualının cavabında təmkinli olmaq və danışıqların başlamasının doğru qərar olacağını bildirib.

 

Ş.Bimiqdarın bu sözləri ona qarşı “Sepah” tərəfdarlarını hərəklətə keçirib. Məlumata görə, bəsic qüvvələri və “Sepah” tərəfdarlarından ibarət bir neçə nəfər millət vəkilinin ofisinin qarşısına toplaşaraq ona etiraz bildirib. Onlar istifadə etdikləri “ağır intiqam” hashtagında onun əleyhinə mətnlər paylaşıb, millət vəkilini qeyrətsiz adlandırıblar.

 

“Sepah”a bağlı olan bir neçə sayt da Təbriz, Azərşəhr və Üskünün millət vəkilinə sərt reaksiya verib.

 

Xülyalarla yaşayan “Sepah” tərəfdarları İranın Amerika Birləşmiş Ştatlarından ağır intiqam alacağına inanır. Lakin İranın açıq şəkildə Amerikanın mövqelərinə hücum etməsi heç də inandırıcı görünmür.

 

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad hava limanı yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində “Sepah”ın Qüds Briqadasına rəhbərlik edən Qasım Süleymani və İraqın "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın dini lideri və İran Prezidenti Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar