SON XƏBƏRLƏR

Təbrizin səhənd stadionunda milli şüarlar səsləndirildi: “Türkiyə - Türkiyə” və ... – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizin səhənd stadionunda milli şüarlar səsləndirildi: “Türkiyə - Türkiyə” və ... – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, noyabrın 1-də Güney Azərbaycanın “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandasını səhənd stadionunda qəbul edib.

 

Super liqa yarışlarının 9-cu həftəsində keçirilən görüşdə 80 mindən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib. Şərqi Azərbaycanın yerli mətbuat orqanları oyunun başlamasına bir saat qalmış 70 min nəfərlik stadionun azarkeşlərlə dolduğunu yazmışdır. Stadionda Güney Azərbaycan və İranın müxtəlif şəhərlərindən gələn azarkeşlər olub.

 

Soydaşlarımız “Traxtur”un bütün görüşlərində olduğu kimi, bu dəfə də stadionu milli şüarlarla lərzəyə gətiriblər.

 

Azarkeşlər arasında Xuzistanın “Fulad” komandasının tərəfdarlarının görünməsi və plakat qaldırmaları xüsusi diqqət çəkib.

 

 

Səhənd stadionunda Türkiyənin Suriyanın şimalında İŞİD və kürd terror qruplaşmalarına qarşı həyata keçirdiyi antiterror əməliyyatına dəstək əlaməti olaraq türk bayrağı qaldırılıb və “Türkiyə - Türkiyə” şüarı səsləndirilib.

 

https://www.youtube.com/watch?time_continue=3&v=LqR7O9rC6hM

 

“Traxtur” tərəfdarları oyun boyu Azərbaycana aid “biz vətən aşıqı yoxdur qorxumuz, Azərbaycana qurbandır canımız, vətən bizə ana, biz əsgərik ona” kimi, çoxlu şüar verib və türkcə yazılmış bannerlər nümayiş etdiriblər.

 

https://www.youtube.com/watch?time_continue=4&v=1Sgsxm9mIc0

 

 

https://www.youtube.com/watch?time_continue=5&v=CHYpOT2CHgc

 

 

https://www.youtube.com/watch?v=tnBjDQbdX1Y

 

 

https://www.youtube.com/watch?time_continue=1&v=CpPm84u4XJM

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar