Təbrizin tarixi irsi məhv edilir: Qədim məzarlıq və daş kitabələr yox olmaq üzrədir-FOTOLAR

2021-03-29 10:10

Güney Azərbaycanda tarixi irsə qarşı ögey münasibət davam edir. 

Gunaz.tv Quote | Gunaz article

Təbrizin şərqində yerləşən qədim kənddə tarixi bir neçə min il olan qiymətli abidələr yox olmaq üzrədir. 


İranın Mədəni İrs Təşkilatının laqeydliyi ucbatından qədim Asbos kəndində tarixi əhəmiyyətli məzarlıq və daş kitabələr dağıdılır.

Qeyd edək ki, Təbriz şəhərinin şərqində, Xosrovşah bölgəsində yerləşən Asbos kəndi çoxlu sayda tarixi məzarlıq və abidələrlə zəngindir.

Əlaqədar qurumların yarıtmazlığı ucbatından bölgədə olan bir çox məzarlıq və abidələr qanunsuz qazıntılar nəticəsində dağıdılıb. 

Bir çox daş heykəllər və kitabələr tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan işbazlar tərəfindən oğurlanıb. Abidələrin bir çoxu isə Tehran və İsfahan muzeylərinə aparılıb. 


Təbrizin “azaranjoman” xəbər saytının verdiyi məlumata görə, həmin məzarlıqda mövcud olan neçə min illik daşlar və kitabələrin bir çoxu tikinti işlərində inşaat materialı kimi istifadə olunub.


Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində olan tarixi abidələrə lazımi diqqət göstərilmir. 

Qorunmayan bu aidələr yerli və kənardan gələn tarixi əşya qaçaqmalçıların apardığı qazıntılar nəticəsində dağıdılır.

 

C.E
 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18