SON XƏBƏRLƏR

Təbrizli atlet Asiya çempionatının finalisti oldu

2021.10.20, 07:36
Təbrizli atlet Asiya çempionatının finalisti oldu

Gunaz.tv

GünAz TV: Təbrizli atlet (dovəndə) Asiya yüngül atletika çempionatının 400 metr məsafəyə qaçış yarışında final mərhələsinə yüksəlib.

 

Yarışlar Tehranın İnqilab stadionunda keçirilir.

 

Məlumata görə, 3-cü qrupda təmsil olunan Səccad Haşimi ilkin mərhələdə bütün rəqiblərini məğlub edərək 400 metr məsafəyə qaçış yarışında final yarışlarına yol tapıb.

 

Azərbaycanlı atlet 48.81 saniyyədə nəzərdə tutulan məsafəni qət edib. O fevralın 4-də Asiyanın ən güclü 6 atleti ilə yarışacaq.

 

Final mərhələsində İrandan Səccad Haşimi və Əli Xədivər, Küveytdən Kərəm Yusif, Qətərdən Abbas Məhəmməd Nəsir və Məhəmməd Abdulharun və Qazaxıstandan V.Mixail iştirak edəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar