Təbrizli fəal həbs olunub

2021-07-23 11:44

Təbriz şəhərindən olan milli fəal Əmir Səttari Rəuf iyulun 22-i, gecə saatlarında iş yerindən çıxarkən saxlanılıb və naməlum yerə aparılıb.

Gunaz.tv Quote | Gunaz article

Təbrizli fəal hal-hazırda 3 illik şərti həbs cəzasını çəkir.

Qeyd edək ki, 2018-ci ilin yanvar ayı etirazlarında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılan Səttari Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “milli təhlükəsizliyin əleyhinə toplaşma” ittihamı ilə 7 ay azadlıqdan məhrum edilmişdi.

O, 2018-ci il sentyabrın 18-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “rəhbəri təhqir etmək” ittihamı ilə yenidən 6 ay həbs cəzasına məhkum edilib. Təbriz İnqilab Məhkəməsinin 11-ci Qərarların İcrası Şöbəsi 2018-ci ilin noyabrında heç bir məlumat vermədən fəalın iki cinayət işini birləşdirib.

Bundan sonra isə Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi çıxarılan qərarları “qanun və şəriətə uyğun gəlməyən” qərar kimi qiymətləndirərək fəal barəsində çıxarılan və icra olunan 7 aylıq hökmü 5 illik həbs qərarı ilə əvəzləyib.

Sətttari yeni məhkəmə işinin açılması və ağır hökm çıxarılması ilə nəticələnən cinayət işindəki iradlar və məhkəmə işinin ləngiməsinə etiraz olaraq 2019-cu ilin iyunun 10-da Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlamış, məsulların onun irəli sürdüyü iddialara yenidən baxmaqla bağlı söz verdiyindən sonra iyunun 22-də aksiyasını dayandırmışdı.

Azərbaycanlı fəal dosyesindəki iradların təhlükəsizlik orqanlarının məhkəmə işinə müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirmişdi. 
İki il həbsdə saxlanılan fəal 29 iyun 2020-ci ildə əzuniyyətə buraxılıb və Təbriz zindanının Qərarların İcrası Şöbəsinə müraciət etdikdən sonra Əmir Səttari barəsində çıxarılan 5 il həbs cəzasının qalan müddətinin icrasının təxirə salınıdığını öyrənib.

Milli fəalın ertələnən 3 illik həbs cəzasını çəkmək üçün həbsxanaya aparıldığı ehtimal edilir.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:

Azərbaycanlı milli-mədəni fəal 7 ay həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı milli fəal Əmir Səttari Təbriz həbsxanasından məzuniyyətə buraxılıb

Güney azərbaycanlı milli fəal Əmir Səttari zindana geri dönməyəcək


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16