SON XƏBƏRLƏR

Təbrizli idmançı İran Avarçəkmə Federasiyasının onu himayə etməməsi üzündən ölkəni tərk edir

2021.10.20, 07:36
Təbrizli idmançı İran Avarçəkmə Federasiyasının onu himayə etməməsi üzündən ölkəni tərk edir

Gunaz.tv

GünAz TV: Təbrizli qadın avarçəkən və İran milli avarçəkmə komandasının üzvü Pərəstu Məhnəmay Əqdəm bundan sonra fəaliyyətini Almaniyada davam etdirəcək.



Təbrizli idmançı İran Avarçəkmə Federasiyasının onu himayə etməməsi üzündən bu qərara gəldiyini bildirir.



"Şərqi Azərbaycan avarçəkmə federasiyasında yaranan problemlər və xanım Şəqaqinin mənə qarşı məhkəmə şikayətindən sonra məni saxlamaq üçün dəfələrlə bizim evə gəlmişdilər.Mənim idman fəaliyyətlərimə qadağa qoyulmasından sonra mühacirət etməyə qərar verdim. Mənim mühacirət etmə xəbərim doğrudur bunu öz Instagram hesabımda da bildirmişəm.", - deyə  Pərəstu Məhnəmay Əqdəm yerli media orqanlarına verdiyi müsahibədə qeyd edib. 

 

Xanım Əqdəm kanoe idman növündə Azərbaycan Respublikasında keçirilmiş beynəlxalq müsabiqələrdə 200 metr və 500 metr məsafə müsabiqələrində iki qızıl medal qazanmışdı. Çində təşkil edilən Sakit Okean Su Marafonu Dünya Kubokunda o, 42 idmançı arasında 7-ci olmuşdu.

 

Təbrizli atlet daha öncə İRNA xəbər agentliyi ilə müsahibədə İran milli kanoe komandasından ayrılma səbəbini izah edərkən Avarçəkmə Federasiyasının idmançılarla ədalətsiz rəftarına görə tənqid etmişdi.

 

Xatırladaq ki, iqtisadi problemlər və ədalətsizliklərə görə, son dönəmlər bir neçə idmançı İrandan ayrılaraq, digər ölkələrin komandalarında öz karyeralarına davam etməyə başlayıblar. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar